YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya iqtisadi inkişaf nazirinin müavini: “Biz Azərbaycanı çox etibarlı tərəfdaş kimi görürük”

Azərbaycan MDB məkanında Rusiyanın ən səmərəli ticarət tərəfdaşlarından biridir. Bu sözləri Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının Rusiya tərəfindən sədrinin müavini, Rusiyanın iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçov jurnalistlərə müsahibəsində səsləndirib. Hazırda Azərbaycanda Rusiyanın təqribən 600 müəssisəsinin işlədiyini bildirən A.Lixaçov vurğulayıb: “Bunlar ya xalis Rusiya şirkətləri, ya da müştərək müəssisələrdir. Biz Azərbaycan biznesinin Rusiyada fəal iştirak etdiyini də görürük. 2014-cü ildə və bu ilin birinci yarısında kənd təsərrüfatı təchizatının xeyli artmasına nail olmuşuq”.

A.Lixaçovun sözlərinə görə, Rusiya Azərbaycanı əks-sanksiyalar deyilən sahədə əməkdaşlığa dəvət edib: “Rusiya bizə dost olmayan ölkələrdən bir sıra kənd təsərrüfatı məhsullarının idxalının məhdudlaşdırılması üzrə cavab tədbirləri görüb. Yəni bazarda yer boşalır və biz həmin yeri Azərbaycan şirkətlərinin tutduğunu görürük. İlk növbədə kənd təsərrüfatı məhsullarına tələbat çoxdur, hərçənd, burada ehtiyatlar var. Bu gün iki ölkənin kənd təsərrüfatı nazirlikləri kənd təsərrüfatı məhsulları bazarından qarşılıqlı istifadəyə dair bir sıra məsələləri müzakirə edirlər. Burada Rusiya şirkətlərinin də potensialı var. Sənaye əməkdaşlığı, iri layihələr sahəsində ehtiyatlar hələlik axıradək seçilməyib. Biz sabaha tuşlanan layihələrdən danışa bilərik. Bunlar həm helikopterqayırma, həm gəmiqayırma, həm də yüksək texnologiyalardır”.

Normativ bazanın fəal inkişaf etdiyini vurğulayan A.Lixaçov fikrini bu sözlərlə yekunlaşdırıb: “Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə fəaliyyətimizin nəticəsi Kapital yatırımının müdafiəsi haqqında saziş olub. Böyük sıçrayış olan bu mühüm sazişin icrası bir sıra Azərbaycan şirkətlərinə Rusiyada, Rusiya şirkətlərinə isə Azərbaycanda fəal işləmək imkanı verəcək. 2020-ci ilədək dövr üçün ortamüddətli ticari-iqtisadi əməkdaşlıq üzrə böyük proqram hazırlanır. Həmin proqramda ikitərəfli münasibətlərimizin inkişafının istər əsas istiqamətlər, istərsə də mühüm layihələri müəyyən olunacaq. Çoxtərəfli əlaqələrimiz, ilk növbədə MDB məkanında əlaqələrimiz çərçivəsində biz Azərbaycanı çox etibarlı tərəfdaş kimi görürük”