YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan təbiəti” adlı tədbir keçirib.

Tədbirdə çıxış edən rayon təşkilatının sədri İqbal Əmənullayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Bəxtiyar Hüseynov və digərləri çıxışlarında tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıblar. Vurğulanıb ki, Azərbaycan tarixinin bütöv bir dövrü dahi şəxsiyyət Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir.

Qeyd olunub ki, Azərbaycan müstəqillik qazanandan sonra da ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə formalaşmağa başlayıb.

Daha sonra diqqətə çatdırılıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sonda bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.

Qeyd edək ki, YAP Lənkəran rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzi ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir də keçirib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının əməkdaşı Böyükağa Axundov, Lənkəran regional “ASAN xidmət” ərazi partiya təşkilatının sədr müavini Fariz Quliyev bildiriblər ki, Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə yönəlib.

DİGƏR Xəbərlər Arxiv