YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

12 dekabr 1999-cu il - Azərbaycan Respublikasının bələdiyyə seçkiləri 

1999-cu ilin dekabrın 12-də Azərbaycanda ilk dəfə olaraq  bələdiyyə  seçkiləri keçirilmişdir.  İlk bələdiyyə  seçkilərinə hazırlıq dövründə püşkatma yolu  74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılmış, bunlarında tərkibində ümumən 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olmuşdur. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət etmişdir. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olmuşdur. Seçki günü respublika üzrə  seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak etmişdir. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilmişdir. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş  seçkilər nəticəsində Azərbaycan Respublikasında 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilmişdir. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının inamlı zəfəri ilə başa çatmışdır .