YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının və Lənkəran-Astara regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Astara şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Bildirib ki, bugünkü Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulub. Bu təməl prinsipinin banisi isə Ulu Öndər Heydər Əliyevdir.

Astara Pedoqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Lənkəran-Astara regional Gənclər və İdman İdarəsinin rayon üzrə Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov və gənc fəal Nigar Əbilova Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısından, gənclərin ölkəmizin ictimai-siyasi həyatında səmərəli rolundan danışıblar.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv