YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur: “Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb”. 

Çıxışlarda Heydər Əliyevin Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirdiyi, onun şəbəkəsini genişləndirdiyi qeyd olunub.

Sonda müsabiqə qaliblərinə diplom, iştirakçılara isə fəxri fərman təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv