YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edildi.