YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qara dəniz-Aralıq dənizi hövzəsində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq

Azərbaycanın “Teymur Əhmədov” quru yük gəmisi Bakıdan xarici sulara yola salınıb. Üç min ton yükgötürmə qabiliyyətinə malik “Teymur Əhmədov” gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da, Qara dəniz və Aralıq dənizi hövzələrində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib ki, QSC-nin sədri Rauf Vəliyev vətəndən uzaqlarda Azərbaycanın üçrəngli bayrağını dalğalandıracaq gəminin heyəti ilə görüşüb, beynəlxalq standartlara uyğun yükdaşıma fəaliyyəti ilə bağlı tapşırıqlarını verib və dənizçilərə uğurlar arzulayıb.

Xatırladaq ki, avqustun 14-də eyni tipli “Qaradağ” gəmisi Aralıq dənizinə yola düşmüşdü. Ötən ilin sonunda isə ilk səfərləri ilə donanmanın xarici sulara qayıdışını təmin edən “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmiləri də hazırda həmin hövzədə quru yüklər daşıyır.