YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan idmanının beynəlxalq səviyyədə uğurları ildən ilə artır

«Azərbaycan idmançılarının uğurları bizi hər zaman sevindirir. Çünki onlar ölkəmizin adını beynəlxalq yarışlarda zirvələrə yüksəldirlər». Bu fikri Milli Məclisin deputatı, MOK-un İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, beynəlxal qmüstəvidə Azərbaycanın nüfuzlu idman ölkəsi olduğu birmənalı şəkildə etiraf olunur. Onun sözlərinə görə, bu ilin iyun ayında «Bakı 2015» birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması bu faktı bir daha sübut edir.

«Azərbaycan idmanının beynəlxalq səviyyədə uğurları ildən ilə artır. Gələn il Braziliyada XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Bu Olimpiya Oyunlarına hazırlıqla bağlı dövlət başçısı müvafiq sərəncam imzalayıb. İnanırıq ki, idmançılarımız bu yarışda da Azərbaycanın adını zirvələrə qaldıracaqlar. Əvvəlki təcrübəyə nəzər salsaq deyə bilərik ki, Olimpiya Oyunlarında idmançılarımız ardıcıllıqla medalların sayını artırıblar. Dövlət başçısının imzaladığı sərəncamda da qeyd olunur ki, son Yay Olimpiya Oyunlarında on medala layiq görülməyimiz olimpiya idman növlərində yüksək potensiala malik olduğumuzu göstərir.  Azərbaycanda idmanın sürətli inkişafını nəzərə alsaq, qarşıdan gələn Olimpiya Oyunlarında uğurlarımızın artacağı şübhəsizdir»- deyə, R.Əliyev vurğulayıb.