YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid polkovnik-leytenant Rasim Abdullayevə həsr edilən “Son nida” kitabının təqdimatı keçirilib

Kəlbəcər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Rasim Abdullayevin şeirlərindən ibarət “Son nida” kitabının təqdimatı keçirilib.

Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan təqdimat mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli kənd sakinləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid polkovnik-leytenant Rasim Abdullayevin həyat və yaradıcılığından bəhs edən videorolik nümayiş olunub.

Tədbirdə çıxış edənlər 44 günlük şanlı Zəfər tariximizə nəzər salıb, şəhid Rasim Abdullayevin şərəfli ömür yolundan, qəhrəmanlığından bəhs ediblər.

Daha sonra Kəlbəcər məktəbliləri şəhidin yazdığı şeirlərdən bir neçəsini səsləndiriblər. O cümlədən Rasim Abdullayevin sözlərinə bəstələnmiş muğam parçaları ifa edilib.

Tədbirin sonunda şəhid Rasim Abdullayevin ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən təltif edildiyi medal övladına təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.