YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidi Ruslan Binnətovun anım mərasimi keçirilib

Göygöl rayonunun Haçaqaya kəndindən olan Vətən müharibəsi şəhidi Ruslan Rafiq oğlu Binnətovun anım mərasimi keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.  

Turani Əliyev və digər tədbir iştirakçıları əvvəl Göygöl rayon Qırıqlı kənd qəbirstanlığında şəhidin məzarını ziyarət ediblər.

Daha sonra Göygöl rayonunun Haçaqaya kəndində şəhid Ruslan Binnətovun xatirəsinə həsr olunmuş ehsan bulağının açılışı olub. Açılış zamanı rayon ictimaiyyəti nümayəndələrinin və kənd sakinlərinin iştirak etdiyi açılışda şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.

Sonra Haçaqaya kəndinin girişində şəhid Ruslan Binnətovun xatirə kompleksinin önündəki sahəyə ağaclar əkilib.

Qeyd edək ki, şəhid Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kəndində 1-ci sinifə gedib, 2016-cı ildən Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirib. 2019-cu ilin oktyabr ayından  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Ruslan Binnətov xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. Ruslan Binnətov  9 noyabr 2020-ci il tarixdə Xocavənd  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olub. Ruslan Rafiq oğlu Binnətov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına” medalı ilə təltif edilib.