YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm

“Azərbaycan-Türkiyə arasındakı münasibətlərin ruhuna uyğun olaraq, xüsusilə Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrə, iki ölkə rəhbərlərinin qardaşlıq, eyni zamanda, bərabərlik, tərəfdaşlıq, qarşılıqlı hörmət və müstəqillik prinsiplərinə söykənərək  münasibətlərimizin, əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AK Partinin Qadınlar Birliyinin sədri Ayşe Keşirlə partiyanın Mərkəzi Aparatında görüşündən sonra  jurnalistlərə aşıqlamasında söyləyib.  

Bahar Muradova qeyd edib ki, işlərimiz çoxdur: “O işlərin bir qismi ölkə daxilinə, bir qismi regiona aiddir. Qalanları isə dünyamiqyaslı işlərdir. İnanıram ki, Türkiyə-Azərbaycan birliyinin sayəsində  bütün bu işlərin öhdəsindən gələcəyik. Ona görə ki, bizim güc qaynağımız xalqlarımızdır, onlar arasında olan dostluqdur, qardaşlıqdır, əməkdaşlıqdır, eyni zamanda, qarşımızda dayanan hədəflərdir. Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə,  uğurlar qazanacağımıza əminəm. Biz də bu sırada iştirak etdiyimiz üçün, bizim də azacıq da olsa  töhfəmiz olduğu üçün xoşbəxtik.”