YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Şurasının növbəti Zirvə Görüşünün Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti Zirvə Görüşünün bu ilin payızında Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılır.

Bunu Qazaxıstanın Baş Naziri Askar Mamin bildirib. Qeyd edib ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və dövlət başçısı Kasım-Jomart Tokayev Türküstan şəhərinin inkişafına xüsusi diqqət yetirirlər. Bu ilin payızında burada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün lazımi obyektlərin tikintisinin vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin etmək lazımdır.

2019-cu il oktyabrın 15-də TDƏŞ-ə üzv ölkələrin başçılarının Bakıda keçirilən VII Zirvə Görüşündə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev növbəti görüşün Türküstanda keçirilməsi təklifini irəli sürüb. Həmçinin o, “Türk Görüşü – 2040” proqramının hazırlanmasını, gələcəkdə Türk Şurasının beynəlxalq təşkilat səviyyəsinə qaldırılması üçün onun adının yenidən nəzərdən keçirilməsini təklif edib.

 

DİGƏR Xəbərlər Arxiv