YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Ailə təsərrüfatları milli iqtisadiyyatda mühüm sosial-iqtisadi rol oynayacaqlar

"Ailə sahibkarlığı bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes formasıdır. Ailə təsərrüfatları dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bir çox ölkələrdə ailə təsərrüfatları bazardakı təsərrüfatların70%-dən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Ailə sahibkarlığı – mikrobiznes ilə özməşğulluğun sərhədində yerləşən bir formatdır. Bu baxımdan ailə biznesinin dəstəklənməsi–eyni zamanda öz əməyini digər əmək münasibətlərində reallaşdıra bilməyən insanlara, kiçik və orta sahiblarlıq sferasında kəmiyyət baxımından üstünlük təşkil edən biznesin kiçik formalarına birbaşa dəstəkdir. Adətən ailə təsərrüfatları daha çox kənd təsərrüfatı, ticarət və xidmət sahəsində geniş yayılır". Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanların, ailələrin sahibkarlıq təşəbbüsləri hər zaman yüksək olub və onlar müqayisəli üstünlüklərə malikdirlər. Azərbaycanda ailə biznesinə dövlət dəstəyinin təmin etmək məqsədilə ABAD publik hüquqi şəxsin yaradılması ailə təsərrüfatların hərtərəfli dəstəklənməsi məqsədi daşıyır. Həm biznes planların tərdib olunmasından başlayaraq son məhsulun satışınadək və eyni zamanda maliyyə dəstəyinin göstərilməsinin dəstəklənməsi dövlətin bu sahəyə yüksək qayğı gəstərəcəyini nümayiş etdirir: "Hesab edirik ki, ailə təsərüfatlarının inkişafı Azərbaycanda daha çox məşğullu artıracaq, büdcə daxilolmalarını diversifikasiya edərək yüksəldəcək. Və təbii ki, əhalinin gəlirlərini yüksəldəcək. Bu həm də o deməkdir ki, ailə təsərrüfatları milli iqtisadiyyatda mühüm sosial-iqtisadi rol oynayacaqlar. Ailə biznesinin inkişafını təmin edən əsas faktor sürətlilik və 0 bürokratiyanın təmin olunmasıdır. Bu baxımdan tələb olunaun prosedurların ASAN-laşdırılması və ASAN Xidmət Mərkəzlərinin özünü yüksək səviyyədə doğrultması, insanların bu mərkəzlərə yüksək inamı başlanğıcın uğurlu olmasını şərtləndirir".