YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 3-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularımız Makedoniyanın Kavadarci şəhərində keçirilən və oktyabrın 7-dək davam edəcək Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursuna qatılıblar. Hərbçilərimiz, həmçinin Buxarestdə oktyabrın 14-dək keçiriləcək sülhü dəstəkləmə əməliyyatları və dekabrın 23-dək davam edəcək qərargah zabitləri üçün təkmilləşdirilmiş birgə əməliyyatlar kurslarında iştirak edirlər.