YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Silahlı Qüvvələr Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.

Lənkəran Dövlət Dram Teatrında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Dram Teatrının direktoru Laləzər Hüseynova və Dram Teatr ərazi partiya təşkilatının sədri Namiq Ağayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsindəki tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun təşkilatlanması, böyük qüvvəyə çevrilməsi qazanılan nailiyyətlərin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasəti hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəşadətli Azərbaycan Ordusu cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı Qələbə ilə hərb tariximizin qəhrəmanlıq salnaməsini yazdı.

Çıxışlarda həmçinin o da qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. Bildirilib ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ümummilli Liderin qayğısından bəhrələnməsin. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanınıb.

Sonda Vətən müharibəsi zamanı və antiterror əməliyyatlarında şəhid olmuş bir qrup hərbçinin ailəsinə xatirə hədiyyələri təqdim edilib.