YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev, Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, Vətən müharibəsi iştirakçısı Ruhin Hüseynov, “N” saylı hərbi hissənin zabiti Əlibəy Novruzbəyov və şəhid bacısı Nüşabə İbrahimova çıxış edərək Azərbaycan Ordusunun yaranmasından, Vətən müharibəsində qazanılan şanlı Qələbəyə gedən yoldan bəhs ediblər. Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Zəfərin, eləcə də digər əməliyyatların uğurlu nəticəsinin tarixi əhəmiyyətindən danışıblar.  

Sonra Azərbaycan Ordusunun bir qrup əsgər və zabiti YAP Ağcabədi rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.