YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yaşıl dünya yazı və şəkillərdə”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda təşkil etdiyi  müsabiqənin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

S.Əliyev dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açıb, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Müsabiqə iştirakçıları Akif Ağayev, Rauf Cəbiyev, Əlihüseyn Şükürov və başqaları “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı məlumatlılığın artırılması istiqamətində müxtəlif mövzularda keçirilən ekoloji maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda müsabiqənin qaliblərinə YAP Masallı rayon təşkilatı tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.