YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının 292 saylı tam orta məktəbdə yeni ərazi partiya təşkilatı təsis edilib.

Təsis konfransında çıxış edən məktəbin direktoru Şəhriyar Məmmədov, YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov partiyanın ötən dövr ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs ediblər. Bildiriblər ki, 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqlik ilə layiqincə yerinə yetirilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Emin Tahirov ərazi partiya təşkilatının sədri, Ləman Babayev isə sədr müavini seçiliblər.