YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqazdan Berlinədək: iki əsrdə iki dəfə...

Nurlan Qələndərli 

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Bəşəriyyət bu zamana qədər iki cahan savaşına - I və II Dünya müharibələrinə şahidlik edib. Avropa və dünyanın siyasi xəritəsini dəyişdirən I Dünya müharibəsindən 21 il sonra aparıcı geosiyasi qüvvələr - nəhəng dövlətlər yenidən hərb meydanında qarşı-qarşıya gəliblər. 6 il 1 gün davam edən II Dünya müharibəsinin sonucunda dünyada çox ciddi geosiyasi dəyişikliklər baş versə, Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradıldılsa, sərhədlər yenidən cızılsa da, nəticə əsas etibarilə, bu cür dəyərləndirilib - faşizm üzərində qələbə!

Bəşəriyyətə qarşı potensial təhlükə və real təhdid olaraq göstərilən faşizm üzərində qələbə 9 may tarixi ilə simvollaşdırılır. Daha dəqiq desək, hər il 9 may - Qələbə Günü kimi qeyd edilir. Üzərindən 78 il keçsə də, tarixi və mənəvi-siyasi məsələlər aktuallığını itirmir, reallıqların mahiyyəti dəyişmir:

-  Bu, ümumi zəfərdir. Yəni faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsidir. 

- Azərbaycan xalqının bu Qələbədə böyük rolu olub - 600 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib;
- Xalqımız 75 il sonra siyasi təqvimə daha bir Qələbə tarixini  şərəflə, qürurla, ləyaqətlə və əbədi olaraq həkk etdirib: 8 noyabr - Zəfər Günü. 44 günlük Zəfər triumfu təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

Bir sözlə, Azərbaycan xalqı iki əsrdə iki dəfə faşizmin belini qırıb – başınızı əzib: XX yüzillikdə Hitler nasizminin, üçüncü minillikdə erməni vandalizminin!