YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluğun növbəti təzahürü

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

"Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, Araz çayı üzərində inşa edilən Azərbaycanın və İran İslam Respublikasının birgə ortaq layihəsidir. Bu layihənin reallaşması nəticəsində nəinki aşağı axar torpaqları su ilə təmin ediləcək, həm də bölgənin iqtisadi inkişafı sürətlənəcək, kənd təsərrüfatı məhsullarının keyfiyyəti yaxşılaşacaq və regionda turizmin inkişafı üçün münbit şərait yaranacaq. 1993-cü ildən 2020-ci ilin oktyabrınadək işğal altında qalmış "Xudafərin" Su Anbarının tikintisi ilə bağlı razılaşma 1977-ci ilin oktyabrında Sovet İttifaqı ilə İran arasında əldə olunub və layihələndirmə işləri 1982-ci ildə sona çatıb. 1990-cı illərin əvvəllərində yenidən işlənilib və 1999-cu ildə inşaat işlərinə başlanılıb. “Qız Qalası” Hidroqovşağı isə “Xudafərin” anbarından 12 kilometr aşağıda yerləşir, 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı eyni adlı Su Elektrik Stansiyası ilə birlikdə Ermənistan Respublikasının nəzarəti altında olmuşdur. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib.

Prezident İlham Əliyevin cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı deyib: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür”. Hazırda dünyada "yaşıl enerji"yə keçidlə bağlı geniş miqyaslı işlər həyata keçirilir. Təbii göstəricilərə görə, Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında, o cümlədən azad olunmuş ərazilərdə külək və günəş enerjisinin böyük potensialı var. bu istiqamətdə azad olunmuş ərazilərdə bir sıra işlər həyata keçirilib. Prezident İlham Əliyev çıxış edərkən Qarabağın və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji zonası" elan edilməsindən söz açaraq deyib: "Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə "yaşıl enerji" mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su-elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq". Müharibədən və ya böhrandan sonra liderlər ona görə uğurlu ola bilir ki, rəhbərlik etdikləri ölkə üçün uyğun sülh modelini tapsın. Bu mənada hər biri ölkə üçün fərqli olan situasiyada və fərqli şərtlər altında sülh qərarını qəbul edilir və ya böhrandan sonra ölkələrinin inkişaf xəttini müəyyən edirlər. Deməli Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmiz üçün qonşuluq və dostluq prinsiplərinə əsaslanan,bütün qonşu dövlətlərin inkişafına yönəlmiş bir strategiya reallaşdırır. Uzun illərdir Türkiyə, Gürtcüstan və Rusiya ilə həyata keçirilən iqtisadi münasibətlərə İran və Ermənistanın qoşulması təklifi ilə çıxış edir. Bu mənada artıq İranla ilkin addımlar atılıb. Yəqin ki, yaxın gələcəkdə Ermənistanla imzalanacaq sülh sazişi 3+3 formatının inkişafına təkan verməklə yanaşı iqtisadi səmərəliyi daha da artıracaq. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir.

Qarşılıqlı səfərlər və keçirilən görüşlər dəmir yolu sahəsində də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. “Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir” – deyən, Prezident İlham Əliyev ötən il Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artdığını diqqətə çatdırıb.

Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada, hörmətə və münasibətlərin səmimi xarakter daşımasına söykənir. Bütün bunlar qonşu və dost ölkə olan Azəırbaycan və İranın əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir.