YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə “Hummel küçəsi 5” ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və digərləri çıxış edərək partiyanın təsis olunmasından bu günədək keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılan tarixi Zəfərdən danışıb.

Sonra təşkilatı məsələlərə baxılıb. Rzayev Vüsal Maksim oğlu ərazi partiya təşkilatının sədri,  Rəhimova Əminə İmran qızı sədr müavini seçiliblər.