YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etibarın bariz nümunəsi

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Bütün dövrlərdə hər bir xalqın, millətin tarixində onun xilaskarı kimi dərin izlər qoyan, xalqın fəxr və iftixar ünvanına çevrilən əvəzəsiz qəhrəmanlar və şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının tarixində də xilaskarlıq missiyasını dahi şəxsiyyət, Ulu öndərimiz Heydər Əliyev öz üzərinə götürmüş və dövlətimizi məhv olmaq təhlükəsindən, xalqımızı vətəndaş müharibəsindən qurtarmışdır. Ulu öndərin bu xilaskarlığı və qəhrəmanlığı tariximizin ən ağır illərində - yenicə müstəqillik qazandığımız illərdə ən böyük nicat yolumuz olmuşdur. Bu tarixi günlərimiz xalqımızın yaddaşına əbədi həkk olunmuş və ən unudulmaz, qürur dolu, fəxarət dolu hadisəyə çevrilmişdir. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyinə qızıl hərflərlə yazılmış, müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin, suverenliyinin və təhlükəsizliyinin zəmanəti olan, hər bir azərbaycanlının həyatında unudulmaz yer tutan qürurverici tarixi hadisələrimiz, eyni zamanda xalqımızın qətiyyətinin, dahi şəxsiyyətimiz Heydər Əliyevə olan inam və etibarının bariz nümunəsi idi.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə, yəni oktyabrın 3-də ümumi səsvermə yolu ilə xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi gündən sonra Azərbaycanda həyata keçirilən çoxsaylı islahatların nəticəsində dövlət müstəqilliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitliyimiz bərpa edildi, sosial-iqtisadi layihələr uğurla icra edilməyə başlandı. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə görülən işlərin sayəsində ölkəmiz inkişaf etməyə və tərəqqi yolunda inamla addımlamağa başladı. Daxili siyasətin uğurlu məntiqi nəticələri ilə yanaşı, beynəlxalq aləmdə də mövqelərimiz möhkəmlənməyə başladı, diplomatik əlaqələrimiz genişləndi, istər xarici dövlətlərlə. istərsə də beynəlxalq təşkilatlarla qarşılıqlı maraq doğuran məsələlər ətrafında münasibətlərimiz inkiaşf etdi. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyev zəkasının bəhrəsi idi.

1994-cü il mayın 12-də separatçı ermənilər tərəfindən  başlanmış Ermənistan- Azərbaycan müharibəsində atəşkəsə nail olunması, 1995-ci ilin noyabrın 12-də  müstəqil Azərbaycan Respublikasının tarixində ilk və yeni Konstitusiyanın qəbul edilməsi, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlanılması xalqımızın taleyində mühüm dönüş nöqtəsi oldu. Bütün ömrünü xalqın xoşbəxt və firavan  gələcəyinə həsr etmiş ümummilli lider siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycan adını daim yüksəklərə qaldırmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın bütün tarixində milli dövlətçiliyimizin və milli varlığımızın qorunmasında misilsiz xidmətlət göstərmiş və elə bu xidmətlərə görə də xalq arasında böyük hörmət və nüfuz, ümumxalq sevgisi qazanmış,  həmçinin öz fəhmi, istedadı, qətiyyəti, iradəsi, əzmkarlığı, ilə dünya çapında öz səhifəsini yazmış əfsanəvi bir şəxsiyətdir.

Bu gün ulu öndər cismən bizlərlə olmasa da onun əziz xatirəsi və ideyaları daim bizimlədir. Onun qurub-yaratdığı, inkişaf etdirdiyi və bizlərə əmanət qoyduğu doğma Vətənimiz artıq əmin əllərdədir. Bir sözlə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu qurtuluş tariximiz bu gün çiçəklənmə dövrünü yaşayır. Biz inanırıq ki, ölkəmiz bundan sonra da çoxsaylı uğurlara imza atacaq, dövlətimiz və xalqımız dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu fəaliyyəti sayəsində dünyadakı nüfuzunu daha da möhkəmləndirəcəkdir. Bu gün müstəqil Azərbaycanımızın idarəetmə sükanı arxasında Ulu öndərin varisi, onun siyasi, ideoloji, iqtisadi məktəbinin ən layiqli yetirməsi İlham Əliyev durur. Ölkə Prezidenti Cənab İlham Əliyev Ulu öndər tərəfindən müəyyənləşdirən strateji xətti müasir tarixi şəraitdə, müasir çağırışlara uyğun olaraq uğurlu davam etdirir.

Dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə görə Heydər Əliyev irsini daim araşdırmaq, öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq dövlətimiz və xalqımızın qarşısında duran ən vacib məsələdir. Bu mənada, Prezident İlham Əliyevin  2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.  Hesab edirəm ki,  2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi  Ümummilli liderimizin əziz xatirəsini  əbədiləşdirmək istiqamətində həyata keçirilən  ən mühüm tədbirlərdən biridir.