YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Bizim İtaliya ilə əla münasibətlərimiz var

Azərbaycanın İtaliya ilə əla münasibətləri var.

Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “İtaliya ilə bizim ikitərəfli münasibətlərə gəldikdə, mən onları əla münasibətlər adlandırardım. Biz İtaliyanın yeni hökuməti ilə bu strateji istiqamətdə işləmək üçün nə mümkündürsə edəcəyik”.