YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi qəhrəmanları unudulmur!

Ağdam rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Qurbanov Emil Rafael oğlunun şəhadətinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.

İldönümü mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Ağdam rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, partiya fəalları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Emil ilə eyni məzarlıqda uyayan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, xatirələri anılıb.

Sonra məktəblilərin təqdimatında Vətənə, orduya, şagirdlərə həsr olunan şeirlər səsləndirilib.

Daha sonra tədbir iştirakçıları şəhid Emil Qurbanovun ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Emil Qurbanov 2020-ci ilin oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.