YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 28 milyard dollardan çox olub

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 28 milyard 214 milyon 292 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, on bir ayda ticarət əməliyyatlarının ümumi həcminin 10 milyard 295 milyon 486 min ABŞ dolları idxalın, 17 milyard 918 milyon 805 min ABŞ dolları isə ixracın payına düşür.