YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər

Azərbaycan şirkətləri Kiyev şəhərində yol, infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər.

Bu fikri Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko Yeni il münasibətilə xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri üçün təşkil etdiyi rəsmi qəbulda çıxışı zamanı söyləyib.

V.Kliçko bildirib ki, hər bir paytaxt ölkənin simasıdır. Azərbaycan şirkətləri Ukraynanın ürəyi hesab edilən Kiyevin gözəlləşməsi üçün keyfiyyətli işlər həyata keçirirlər. Buna görə V.Kliçko tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə öz təşəkkürünü bildirib.

Bildirilib ki, Almaniya, Belarus və İsveç şirkətləri də Kiyevdə həyata keçirilən iri layihələrdə yaxından iştirak edirlər.