YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir olan Azərbaycan gəncliyi yetişib

«Gəncliyin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarında öz əksini tapmış müddəaların icrası, ümumilikdə Azərbaycan gənclərinin fəallaşması, onların ictimai aktivliyinin və eyni zamanda, gənclər təşkilatlarının işinin səmərəliliyinin artması ilə nəticələndi». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, bu gün gənclər təşkilatlarının gəncliyimizin inkişafına yönəldilmiş fəaliyyəti, təşəbbüs və layihələri dövlət tərəfindən böyük dəstək görür.Onun fikrincə, yürüdülən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə millətinə, xalqına faydalı olan, milli-mənəvi dəyərlərimizə sadiq, Ulu öndərimizin azərbaycançılıq ideyasını davam və inkişaf etdirən, bilikli, bacarıqlı və dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir olan Azərbaycan gəncliyi yetişib.

«Gənclərimiz ölkənin iqtisadi, siyasi, elmi həyatında öz sözlərini deyir və əməli işləri ilə bunu təsdiqləyirlər. Azərbaycanı dünyanın bir çox ölkələrində təmsil edən, haqq səsimizi dünya ictimaiyyətinə çatdıran və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə səylə çalışan gənclərimiz var. Onlar Ali Baş Komandanımızın yürütdüyü siyasətə hərtərəfli dəstək olurlar»- deyə, deputat qeyd edib.