YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl İsmayılov: İdman sahəsində uğurlarımız ildən ilə artır

«Dövlət siyasətinin əsas istiqamətlərindən birini gənclərin hərtərəfli inkişafı təşkil edir». Bu fikri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, ölkəmizdə gənclərin müxtəlif sahələrdə iştirak etmələrinə fəal şərait yaradılır. Onun sözlərinə görə, Azərbaycanda əhalinin 55 faizinin yaşı 30-dan aşağıdır. Bu da təkcə  Avropada deyil,  həm də, dünyada ən yaxşı göstəricidir.

«Azərbaycan gəncləri idman sahəsində də böyük uğurlar əldə edir. Onlar müxtəlif beynəlxalq yarışlarda bayrağımızı zirvələrə qaldırırlar. İdman sahəsində uğurlarımız ildən ilə artır»- deyə, nazir müavini vurğulayıb.