YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nasir Əbdüləziz Əl-Nasir: Gənclərin fəaliyyəti üçün əlverişli şərait yaratmadan inklüziv cəmiyyət formalaşdırmaq mümkün deyil

Gənclər dəyişikliyin əsas katalizatorlarıdır. BMT-nin Sivilizasiyalar Alyansının həyata keçirdiyi müxtəlif proqramlar çərçivəsində gənclər müxtəlif düşüncələrin, habelə dünyanın fərqli bölgələrinin mədəniyyətlərinin öyrənilməsi baxımından mühüm imkanlar əldə edirlər.

Bu barədə BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Alyansın VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxış edərkən danışıb.

Nasir Əbdüləziz Əl-Nasir UNAC-ın Maliyyə Fondu tərəfindən gənclərin təşəbbüs və layihələrinin maliyyələşdirilməsinin onların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaratdığını vurğulayıb. BMT-nin Təhlükəsizlik Şurasının dünyada mövcud problemlərin həlli ilə bağlı bəzi qətnamələrində gənclərin düşüncələrinin də nəzərə alındığını qeyd edən ali nümayəndə deyib: “Biz bilirik ki, gənclərin təşəbbüslərini dəstəkləməsək, onların fəaliyyəti üçün əlverişli şərait yaratmasaq inklüziv cəmiyyət formalaşdırmaq mümkün deyil. Məhz bu baxımdan belə forumlar, tədbirlər, təqdimatlar mühüm əhəmiyyət kəsb edir”.