Xəbərlər
Boris Tadiç: Azərbaycan Cənubi Qafqazda xüsusi əhəmiyyətə malik ölkədir
Azərbaycan Cənubi Qafqazda əhəmiyyətli ölkədir və bu regiondan Avropaya qaz nəqlində vacib rol oynayır.
Bu sözləri jurnalistlərə müsahibəsində IV Bakı Qlobal Forumunda iştirak edən Serbiyanın sabiq prezidenti Boris Tadiç deyib. “Forumda Prezident İlham Əliyevin çıxışına diqqətlə qulaq asdım. Prezident nəqliyyat dəhlizlərinin, enerji nəqlinin əhəmiyyətindən danışdı. Bunlar çox vacib məsələlərdir”, - deyə sabiq prezident bildirib.
Azərbaycan və Serbiya arasında oxşar cəhətlərə toxunan B.Tadiç deyib:
“Azərbaycanın bəzi tikinti şirkətləri Serbiyanın infrastrukturunun qurulmasında iştirak edir. Həmçinin enerji sahəsində də əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var. Mən Serbiyanın Cənubi Qafqaz dəhlizi layihəsinə qoşulmasını istərdim. Hazırda buna çox yaxşı imkan var”.