Xəbərlər
YAP-ın 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı Qarabağ müharibəsi, 20 Yanvar əlilləri, şəhid ailələri və Çernobıl əlilləri ilə görüş keçirmişdir
Oktyabrın 17-də YAP Nəsimi rayon təşkilatının sədri və Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı Nəsimi rayonu ərazisində yaşayan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri və şəhid ailələri və Çernobıl əlilləri ilə görüş keçirmişdir.
Görüşdə çıxış edən deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyavin ölkəmizdə gördüyü işlərdən, əldə olunan uğurlardan ətrflı danışdı. Deputatlığa namizəd Azərbaycan Respublikasının Prezidentinin bu günlərdə hökumətin 9 aylıq hesabatı zamanı etdiyi parlaq çıxışı haqda, onun söylədiyi gələcək hədəflər, dövlətimizin əsas prioritetləri, görüləcək işlər haqqında danışaraq, fuikir mübadiləsi edildi.
Çıxış edən hər bir sakin ölkə rəhbəinin apardığı siyasəti dəstəklədiyini, Ali Baş Komandanın hər zaman ölkənin müdafiə qüdrətinin artırılması sahəsində gördüyü işləri təqdir etmələrini bildirərək tezliklə işğalda olan torpaqların azad ediləcəyinə inamlarını bildirdilər.
Görüşün sonunda "Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri" İctimai Birliyinin sədri Azər Quliyev, "20 Yanvar Cəmiyyəti" Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev
Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Xələf Həsrətov çıxış edərək daim ölkə Prezidentin ətrafında sıx birləşdiklərini, onun siyasətini dəstəklədiklərini bildirərək, 1 noyabrda keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildirdilər.
Məlahət İbrahimqızı daha sonra III Alatava yaşayış massivində seçicilər ilə görüşdü və onları narahat edən problemlərini öyrəndi.