YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-dən olan müşahidəçilər missiyası Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı işlərin monitorinqinə başlayıb

MDB-dən olan müşahidəçilər missiyası Azərbaycan Respublikasının dəvəti ilə oktyabrın 14-dən Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı işlərin monitorinqinə başlayıb.

MDB-dən olan Müşahidəçilər Missiyası haqqında Əsasnaməyə uyğun olaraq, Birliyin iştirakçıları olan dövlətlərin bu təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələr Şurası missiyanın rəhbəri kimi MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedevin namizədliyini razılaşdırıb.

Missiya seçki prosesinin gedişinə müdaxilə etmədən və dövlətin suverenliyinə hörmətlə yanaşaraq, öz işini seçkilərin təşkili və keçirilməsi sahəsində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq quracaq.