YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatı “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Masallı rayon Tarix- Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı rayon Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regional Kollecin əməkdaşı Humay Əliyeva, Masallı rayon Statistika İdarəsinin məsləhətçisi Babək Abdullayev və Masallı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Elanora Babayeva çıxışlarında vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində milli-mənəvi dəyərlərin qorunması və inkişafı prinsiplərinin banisidir. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə, gənclərin milli-mənəvi dəyərlər, milli əxlaq prinsipləri əsasında tərbiyə olunmasında müstəsna xidmətlər göstərib. Qeyd olunub ki, bu dəyərlərin ümumbəşəri dəyərlərlə sintezi və zənginləşməsi Prezident İlham Əliyevin mənəvi-mədəni inkişafa yönəlmiş siyasətinin qaynaqlarından birini təşkil edir. Bildirilib ki, milli-mədəni irs, milli folklor həm də milli düşüncəli, milli hissiyyatlı gənc nəslin yetişməsində mühüm rol oynayan, heç nə ilə əvəz edilə bilməyən bir məxəzdir. Milli ruhlu və sağlam əqidəli gənclik isə Azərbaycan dövlətinin gələcək mövcudluğunun qarantıdır.