YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Mahir Abbaszadə seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Tapdıq oğlu Abbaszadə Abşeron rayonu Pereküşkül qəsəbəsində  və Xırdalan şəhərində məskunlasan laçınlı seçicilərlə görüşüb.

Görüşdə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri Aqil Nəzərli partiyanın namizədi ilə görüşə belə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O, həmçinin, Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Abbaszadə haqqında seçicilərə ətraflı məlumat verib.

Seçicilər qarşısında çıxış edən Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədi Mahir Abbaszadə millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində məlumat verib.

Sonra seçicilər çıxış edərək noyabırn 1-də YAP-ın namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.