YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi daim əziz tutulur

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidi Əsəd Mahir oğlu Əsədlinin doğum günü ilə əlaqədar xatirəsi anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid Əsəd Əsədlinin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, şəhidin məzun olduğu 229 saylı tam orta məktəbin direktor müavini Lalə Tağıyeva və başqaları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Zəfərin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğunu deyib, Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Qeyd edilib ki, Əsəd Əsədli Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib, 2020-ci il noyabr ayının 9-da şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidin anası Səidə Abbasova, qardaşı Səməd Əsədli Əsəd Əsədli ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.