YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq müşahidəçi: Azərbaycan xalqı gələcək prezidentini seçməkdə qərarlıdır

Azərbaycan xalqı seçkilərdə öz seçimini etməkdə və gələcək prezidentini seçməkdə qərarlıdır. Bu, möhtəşəmdir.

Bu sözləri beynəlxalq müşahidəçi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təmsilçisi Əli Sidibe deyib.

Malidən gəldiyini bildirən beynəlxalq müşahidəçi qeyd edib: “Azərbaycandakı prezident seçkilərini izləmək və bu missiyanın bir parçası olmaq mənim üçün qürurvericidir. Mən buradakı müşahidələrimə əsasən deyə bilərəm ki, gənclər, ümumiyyətlə, qadınların və yaşlıların hamısı bu prosesdə yaxından iştirak edirlər. Bu, bütün müasir ölkələrin inkişafı üçün xeyli dərəcədə mühümdür. Hətta fiziki məhdudiyyətli şəxslər də seçkilərdə fəal iştirak edirlər”.