YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq müşahidəçi: Seçkilər yüksək səviyyədə keçir

Biz Dağıstandan gəlmişik. Mən Dağıstan Respublikasının Parlamentini beynəlxalq müşahidəçi qismində təmsil edirəm. Bu gün biz Xaçmazda, 57 saylı seçki dairəsindəyik. Seçki yaxşı keçir.

Bunu Xaçmaz şəhərində seçkiləri izləyən beynəlxalq müşahidəçi Musafəndi Vəlimuradov söyləyib.

“Burada bütün partiyalardan müşahidəçilər var. Namizədliyi irəli sürülən şəxslərin nümayəndələri var. Heç bir pozuntu müşahidə edilməyib”, - deyən beynəlxalq müşahidəçi bildirib ki, onlar başqa məntəqələrdə də olublar: “Hər şey çox yaxşı təşkil edilib. Deyə bilərəm ki, seçkilər yüksək səviyyədə keçir. Gün ərzində başqa məntəqələrdə də olacağıq. Hər hansı bir pozuntu olsa, onları qeydə alacağıq”.