YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

113 saylı Qax-Şəki və 115 saylı Şəki kənd seçki dairəsi üzrə məntəqələrdə seçici fəallığı müşahidə olunur

Bu gün Azərbaycanda prezident seçkiləri seçicilərin yüksək fəallığı şəraitində başlayıb.

Bölgələrdə də səsvermə prosesinə aktiv şəkildə start verilib. Belə ki 113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində də prezident seçkiləri seçici aktivliyi ilə müşahidə olunur. Qax rayon Mədəniyyət Mərkəzində yerləşən seçki məntəqəsində səsvermənin gedişini veb-kamera vasitəsilə izləmək də mümkündür. Eyni zamanda, səsvermə prosesini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 9 nəfər yerli müşahidəçi izləyir.

O cümlədən, 115 saylı Şəki kənd seçki dairəsinin məntəqələrində də səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur. 115 saylı Şəki kənd seçki dairəsi dairə seçki komissiyasının sədri Rasim Əzizov bildirib ki, dairənin tərkibinə 61 seçki məntəqəsi daxildir. “Son seçici siyahılarına görə, dairə üzrə 54 min 632 seçici qeydə alınıb. Bu dairə üzrə 3 701 gənc ilk dəfə səs verəcək. Bu dairə üzrə seçki məntəqələrinin doqquzunda veb-kameralar quraşdırılıb. Ən yaşlı seçicinin 98 yaşı var”, - deyə dairə seçki komissiyasının sədri vurğulayıb.

Qeyd edək ki, 115 saylı Şəki kənd seçki dairəsi üzrə 8111 müşahidəçi qeydə alınıb.

Məntəqə üzrə 1495 seçici olduğu bildirilib. Onlardan 62 nəfəri ilk dəfə səs verir. Seçicilər öz səsvermə hüququndan istifadə etmək üçün axın-axın məntəqələrə gələrək səs verirlər. Seçki öz axarı ilə davam edir.