YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçici fəallığı davam edir

Bu gün ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilər Sumqayıtda fəaliyyət göstərən 6 seçki dairəsində də seçici fəallığı ilə davam edir. Hələ ki, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin tərkibində fəaliyyət göstərən 41 və beş gün əvvəl yaradılan müvəqqəti 6 seçki məntəqəsində qanun pozuntusu qeydə alınmayıb.

Bu barədə dairə seçki komissiyasının sədri İlqar Allahverdiyev məlumat verib. O, dairə üzrə seçici siyahısında 55 min 264 seçicinin qeydə alındığın, onlardan 300 -ə yaxınının ilk dəfə səsvermədə iştirak etdiyin, 533 –ünün isə 80 yaşdan yuxarı olduğun qeyd edib.

“Seçki başlayandan əksər məntəqələrdə vətəndaşların yüksək fəallığı müşahidə olunur”, - deyən İ. Allahverdiyev seçicilərin öz mövqelərini sərbəst şəkildə ifadə etmək üçün bütün məntəqələrdə lazımı imkanlar yaradıldığın vurğulayıb. Səsvermə prosesini yerli və xarici müşahidəçilər izləyir. Onların arasında ATƏT-in Demokratiya Təsisatları və İnsan Hüquqları Bürosunun təmsilçiləri Sarı Ayxan (Türkiyə) və Elena Balandina (Rusiya Federasiyası) da var.

Səsvermənin şəffaflığını təmin etmək məqsədilə yeddi seçki məntəqəsində müşahidə kameraları quraşdırılıb. MSK-nın saytı vasitəsilə burada səsvermə prosesini tam şəkildə canlı izləmək mümkündür.

Komissiya sədri həmçinin, dislokasiyaya uyqun olaraq dairə üzrə Sumqayıt şəhərindən 26 min 533, Abşeron rayonundan 12 min 412, Qaradağ rayonundan 11 min 184 və müvəqqəti yaradılan 6 seçki məntəqələrində 5135 vətəndaşın öz konstitusiyan borcunu rahat və sərbəst yerinə yetirmək üçün bütün şəraitin olduğun bildirib.