YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənub bölgəsində səsvermədə fəallıq müşahidə olunur

Respublikamızda keçirilən növbədənkənar prezident seçkiləri cənub bölgəsində də seçici fəallığı ilə müşayiət olunur.

Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan prezident seçkilərinə səsvermə prosesi Lənkəran şəhərində də yüksək əhvali-ruhiyyə ilə başlayıb.

77 saylı Lənkəran seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri İlqar Paşayev bildirib ki, məntəqə üzrə 1241 seçici qeydiyyata alınıb. Hazırda onlardan 200-dən çoxu səsvermədə iştirak edib.

Cənub bölgəsi üzrə seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində səsvermə böyük mütəşəkkilliklə davam edir.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.