YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Bugünkü prezident seçkiləri tarixi seçkilərdir

Bugünkü prezident seçkiləri tarixi seçkilərdir. Sevindirici haldır ki, bu prezident seçkiləri Azərbaycanın beynəlxalq ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən tanınıb qəbul edilmiş bütün sərhədləri daxilində keçiriləcək.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də növbədənkənar prezident seçkilərinin başlaması ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.

“İnanıram ki, bu gün axşam Azərbaycan xalqı bu proseslərin uğurla başa çatdırılmasının sevinclə şahidi olacaq”, - deyə MSK sədri bildirib.