YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərə cənab İlham Əliyevlə birgə nail olaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Ordubad rayonunun Tivi kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Aydın Hüseynov, Oruc Hüseynov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. İndi isə qarşıda daha böyük hədəflər var. Bu hədəflərə cənab İlham Əliyevlə birgə nail olmaq olar”.

Natiqlər seçiciləri cənab İlham Əliyevin ətrafında “yumruq” kimi birləşməyə və Azərbaycanın uğurlu gələcəyinə səs verməyə dəvət ediblər.