YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın etimadını doğruldan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədr müavini Vüqar Hüseynov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, partiyanın Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri İzmir Əmirov, Turanə Qasımova, Ayxan Hüseynov, Pərvin Məmmədov və başqaları iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasəti nəticəsində dövlətimizin dayanıqlı inkişafı təmin olunub. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Vurğulanıb ki, Azərbaycan yeni dövrdə də yeni hədəflərə məhz Prezident İlham Əliyevin liderliyi ilə nail olacaq.

Natiqlər seçiciləri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də daha layiqli gələcək üçün qalib Lider İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.