YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Culfa sakinlərinin seçimi bəllidir

Culfa rayonunda yaşayan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Culfa rayonunun Dizə və Göydərə kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilin böyük uğur və nailiyyətlərlə yadda qaldığını deyiblər. Qeyd olunub ki, ölkəmizin dünyada nüfuzunun artması cənab İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan hər sahədə böyük inkişaf yolu qət edib. Bugünkü inkişaf Azərbaycan xalqının düzgün seçim etdiyini göstərib.

Natiqlər seçiciləri ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edən qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.