YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütöv Azərbaycanın Müzəffər Lideri

Yardımlı rayon Bərcan kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Yardımlı rayon Bərcan kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşviqat qrupunun üzvü Qabil Ağayev, şəhid atası Ədalət Qarayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub və Azərbaycan sərhədləri bərpa olunmuş suveren bir dövlətə çevrilib. Cənab Prezidentin və ordumuzun qətiyyəti sayəsində artıq xalqımız qalib xalq kimi dünyada tanınır. 7 fevral prezident seçkilərinin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, seçkilər ilk dəfə olaraq bütün ərazilərimizdə keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.