YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zəfərlər naminə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Tərtər rayonunun Səhləbad və Əskipara kəndindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupunun üzvləri İman Almuradov və Elşən Səfərov   çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlarının günbəgün artdığı və xalqımızın rifah halının daha da yaxşılaşdırılmasının təmin edildiyi vurğulanıb.  Əldə olunan nailiyyətlər və qazanılan uğurlar fonunda natiqlər seçiciləri Azərbaycanın parlaq gələcəyinə, ölkəmizin yeni zəfərlərə imza atması naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.