YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

7 fevral prezident seçkiləri mühüm siyasi hadisədir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Şahbuz rayonunun Kolanı və Aşağı Qışlaq kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, təşviqat qrupunun üzvləri Rauf Bağırov və Zakir Həsənov çıxış ediblər. Bildirilib ki, son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsi əlamətdar bir hadisədir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər səsvermə günü hamılıqla seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.