YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyevin müəllifi olduğu qətnaməni Ermənistan mətbuatı iflas kimi qiymətləndirdi

Ermənistan mətbuatı ATƏT PA-da Ermənistan nümayəndə heyətini yenidən sərt tənqid atəşinə tutub.

Trend-in məlumatına görə, www.golosarmenii.am analitik yazı ilə çıxış edərək Ermənistan nümayəndə heyətini bacarıqsızlıqda, davamlı məğlubiyyətə uğramaqda, diplomatik savadsızlıqda qınayıb. Məqalədə qeyd olunur ki, 7 iyulda qəbul olunan “ Helsinki ruhuna çağırış” adlı sənəddə Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana sərf edən 3 prinisp əks olunmuşdu. Bunlar münaqişənin həllində güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etmək hüququ idi. “Bizə də elə bu lazmdır”- deyə nümayəndə heyətinin rəhbəri A.Qeqamyan bildirib. “Təəssüf ki, erməni deputat yadında çıxardıb ki, azərbaycanlı deputat Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı daha bir qətnamə hazırlanıb. Bu sənəddə xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir. Bu isə ATƏT-in ümumqəbul olunmuş lekisikonu ilə Azərbaycan tərəfinin Dağlıq Qarabağ probleminin həllinə yanaşması ilə eynilik təşkil edir. Bu iflasdır”

Müəllif yazır ki, əgər Strasburdqa Ermənistan nümayəndə heyəti dostların köməyi ilə AŞPA qətnaməsində anti-Emrənistan bəndini çıxara bildilərsə, Helsinkidə bu qətnamənin qəbulu ilə Ermənistan adına açıq-aşkar iflas yazıldı.

Məqalədə daha sonra deyilir ki, “Quliyevin qətnaməsi o qədər mükəmməl və siyasi bicliklə hazırlanıb ki, tənqidi yanaşmalı, irad bildirilməli yer qalmayıb. Halbuki Ermənistan nümayəndə heyətinin bu qətnaməyə qarşı çıxması üçün yetərli qədər vaxtı olub”.

Sonra ümumiyyətlə bütün Ermənistan nümayəndə heyəti top atəşinə tutulur. Bildirilir ki, bütün nümayəndə heyəti bir Azay Quliyevlə bacarmadılar. Siyasi turizmə gedənlər erməni vergidəyicilərinin hesabına kef çəkirlər.