YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın BFM televiziyası: Azərbaycanda idmanın şahı güləşdir

Fransanın BFM televiziya kanalı “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı geniş reportaj yayımlayıb.

Kanalın saytında yerləşdirilmiş “Avropa Oyunları: Azərbaycanda idmanın şahı güləşdir” adlı məqalədə deyilir: “Birinci Avropa Oyunlarının keçirildiyi Azərbaycanda güləş idmanın şahı hesab olunur. Artıq bir neçə qızıl medala sahib olan Azərbaycan idmançıları zəngin idman ənənələrinə malik bir ölkədə məşhurlaşdılar. Tarixdə ilk Avropa Oyunlarının açılış mərasimi yeni tikilən 68 min nəfərlik stadionda baş tutdu. Lakin bu günlər idmanın ürəyi yeddi min tamaşaçı tutumu olan Heydər Əliyev adına İdman Sarayında döyünürdü. Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan bu sarayda 3 gündür ki, yerli idmançılar tarix yazırlar. İki gün davam edən yunan-Roma güləşində azərbaycanlı atletlər ikisi qızıl, ikisi gümüş, ikisi bürünc olmaqla 6 medala sahib oldular. Ölkənin idman tarixində ən böyük uğura məhz fərdi idman növləri ilə məşğul olanlar imza atıblar”.

Qeyd edilir ki, güləş Azərbaycanda qədim idman növüdür və keçmiş zamanlardan etibarən, demək olar, hər bir ailədə bu idman növü ilə məşğul olurlar.

Televiziya qızıl medala sahib olmuş Rəsul Çunayev və Elvin Mürsəliyevin idman tarixinə öz adlarını yazdıqlarını və idmançıların Azərbaycanda böyük hörmət sahibi olduqlarını qeyd edib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: