YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir

 “Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxışında vacib mesajlar verib. Forumda 110 dövlətin nümayəndəsi iştirak edib. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir. Prezident İlham Əliyev forumda çıxışında dünyada yeni münaqişələri və yeni təhdidlərin müşahidə edildiyini qeyd edib. Prezident İlham Əliyev  bəyan edib ki, məsələlərin həllində dövlətimizin öz təcrübəsi var.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbasd Əliyev qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb: “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkəmiz cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub” – deyə, cənab Prezident Forum iştirakçılarını məlumatlandırıb: “Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.” Cənab Prezident çıxışında dövlətimizin müstəqilliyin ilk illərində çox böyük çətinliklər yaşadığını, azərbaycanı parçalamaq cəhdlərinin olduğunu da forumda diqqətə çatdırıb. Azərbaycana qarşı işğal və separatçılıq cəhdlərinin olmasından bəhs olunub. Bütün bunlara  xalqımızın həmrəyliyi və birliyi sayəsində son qoyulduğu qeyd olunub. Bu amil Azərbaycanda milli maraqların qorunmasının hər zaman ümdə olduğunu bir daha təsdiq edir. Eyni zamanda dövlətmizdə mədəniyyətlərarası dialoq güclü şəkildə təşviq edilir. Bununla bağlı mütəmadi olaraq çoxsaylı tədbirlər təşkil olunur. Cənab Prezident qeyd edib ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Dövlətimiz çoxtərəflilik dəyərlərini 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Ağır pandemiya dövründə belə Azərbaycan özünün təşəbbüsləri, yardımları ilə gündəmdə idi. Eyni zamanda ölkəmiz fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış edirdi. Bu gün isə Azərbaycan yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmasının açıq tərəfdarıdır”.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Forumda həmçinin Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinin önəmindən bəhs edilib: “Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür: “Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”. Azərbaycan bu gün özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkə kimi sülhü təşviq edir. Çünki Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Ermənistanın 30 illik işğalına son qoyuldu.  BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsinə baxmayaraq işğala son qoyulmamışdı. Cənab Prezident də vurğulayıb ki, “2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

DİGƏR Xəbərlər Arxiv